“Kimin əlində silah varsa, gəlin torpağımızı qoruyaq!” – Şurnux kəndinin rəhbəri

339

Ermənistanın Şurnux kəndinin sakinləri kəndə gedən magistral yolu bağlayıblar.

“Aysor” xəbər verir ki, kənd icmasının rəhbəri Akob Arşakyan əhaliyə müraciət edərək kəndin boşaldılması barədə onlara məlumat verilmədiyini bildirib.

“Guya bizə 10 gun əvvəl deyiblər ki, kəndin yarısını – 12 evi boşaltmalıyıq. Bizim bundan xəbərimiz yoxdur, kim bizə məlumat verib? Əziz qardaşlar, kimin əlində silah varsa, gəlin torpağımızı və suyumuzu qoruyaq!”, – deyə Arşakyan kəndlilərə müraciət edib. \\Qazet