Kim Çen Trampı Pxenyana DƏVƏT ETDİ

    48

    O, Şimali Koreyaya səfər etmiş ilk ABŞ prezidenti ola bilər

    Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Kim Çenin dəvətini qəbul edərsə, Şimali Koreyanın paytaxtını ziyarət edən ilk ABŞ prezidenti olacaqdır.

    Koreya mətbuatının diplomatik mənbələrə istinad elədiyi xəbərdə Şimali Koreyanın dövlət başçısı Kim Çenin ABŞ prezidenti Donald Trampı Pxenyana dəvət elədiyi bildirilir. Xəbərdə Kimin dəvətinin avqust ayında bir məktubla ABŞ tərəfinə təqdim edildiyi qeyd edilib.

    Kim Çenin görüşmək istəyinə Trampın “bu, bir il içərisində mümkün ola bilər” cavabı verdiyi iddia edilir.

    Şimali Koreyanın xarici işlər nazirinin müavini Ço Son Hui də ABŞ ilə “ətraflı müzakirələr” aparmaq istədiklərini, ancaq ABŞ-ın da “yeni yanaşma ilə addımlamalı olduğunu” söyləyib.

    2018-ci ilin iyununda keçirilən Sinqapur sammitindən sonra ABŞ və Şimali Koreya liderləri raket və nüvə proqramını müzakirə eləmək üçün üç dəfə görüşüblər. Tramp Pxenyana gedərsə, Şimali Koreyaya səfər eləmiş ilk ABŞ prezidenti olacaqdır.

    Kim Çen ilə Donald Tramp 2019-cu ilin iyununda Cənubi Koreya ilə Şimali Koreyanın hərbçilərdən təmizlənmiş bölgəsində görüşmüşdülər. Fevral ayında Vyetnamda keçirilən ikinci sammitdən sonra müzakirələr durğunluq nöqtəsinə gəlmişdi.

    Hurriyyet.org