Kim Çen In hərbi hissəyə “Lada Priora” avtomobili ilə gəldi – FOTO

    27

    KXDR lideri Kim Çen In Koreya Xalq Ordusunun hərbi hissələrinin təftişini həyata keçirmək və onların işlərinə yerində rəhbərlik etmək üçün yenidən müəssisələrə getməyə başlayıb.

    Hurriyyet.org Azərtac-a istinadla xəbər verir ki, iyunun 30-da Kim Çen In hərbi hissələrin birindəki yoxlamaya Rusiya istehsalı olan “Lada Priora” avtomobili ilə gəlib. Bu, Cənubi Koreya və digər ölkə KİV-lərinin diqqətini dərhal cəlb edib. Mediada dərc olunan şəkillərdə Şimali Koreya liderinin avtomobilin arxa oturacağında əyləşdiyi görünür.

    Qeyd edək ki, “Lada Priora” avtomobili 2009-2012-ci illərdə Rusiyada ən kütləvi satılan avtomobil olub. 2017-ci ilin aprel ayınadək “AvtoBAZ” tərəfindən istehsal edilən bu marka avtomobillərin sayı 1 milyon ədədə çatıb. Cari ilin mayında isə “Lada Priora”nın istehsalı dayandırılıb.