Kim Çen In gizli silahını ORTAYA ÇIXARDI – FOTO

    3

    Şimali Koreyadan beynəlxalq ictimaiyyətdə təşviş doğuran foto yayımlanıb.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In komandası ilə birlikdə ballistik raket göndərə bilən sualtı gəmiyə baxış keçirib.

    Bu baxış zamanı çəkilən foto Pxenyan hökuməti tərəfindən beynəlxalq agentliklərə göndərilib. Bu sualtı gəminin ABŞ-a mesaj göndərmək məsqədilə görüntüləndiyi ehtimal olunur. Sualtı gəminin sahib olduğu silahlar haqqında bilgi verilməyib, lakin gəminin gələn ilin əvvəllərində istifadəyə veriləcəyi açıqlanıb.

    Jurnalistlərə açıqlama verən Kim Çen gəminin əməliyyat potensialı, şərq və qərbi dənizlə əhatələnmiş ölkənin milli təhlükəsizliyinə verəcəyi fayda haqqında danışıb. Onun qısa açıqlaması dünyaya səssiz şəkildə ismarıc vermək kimi şərh olunub. Kimi müşayiət edənlər arasında Şimali Koreyanın raket proqramını idarə edən Kim Çen Sik və ölkədəki silah-sursat araşdırmalarının rəhbəri Canq Çanq Hanın da olması müzakirələri alovlandırıb.

    Dövlət Televiziyası tərəfindən verilən bilgiyə görə, sualtı gəmi Yapon dənizinə göndəriləcək.

    ABŞ-ın akademik və mütəxəssisləri Şimali Koreyanın sualtı donanmasını gücləndirmək istədiyini və ballistik raket daşıyan bir sualtı gəminin Pxenyan hökuməti üçün çox böyük önəm kəsb etdiyini deyir. Mütəxəssislər bildirir ki, fotoda qəribə olan detal 2018-ci ildə Kim Çenin hərbi paradda nüvə silahları daşıyan sistemləri incələməsi, o zamandan bəri nüvə silahlarına baxış keçirməməsidir.