“Kim tutduğu torpağı qaytarar?” – Fazil Mustafa

117

“Nə istədiyini bilməyəndə axtardığını dəyərləndirə bilməzsən. Xalqlarda da belədir. İnsanların böyük əksəriyyəti nə istədiyini bilmir. Öz yaşamında öz uğursuzluğunun səbəbini başqa yerdə axtarmağa başlayır. Hamı öz yaddaşından gileylənir, amma ağlından gileylənən yoxdur. Nə istədiyini bilmək çox vacibdir. Cəmiyyət bir tərəfdən deyir ki, torpaqlar azad olunsun, amma həm də deyir ki, torpaqlarımızı qaytarıb bizə versinlər. Kim tutduğu torpağı qaytarar? Otuz ildir müharibə gedir Bakıda bina tikən bir adam sənəd verəndə demir ki, mən binamın altını sığınacaq üçün nəzərdə tutmuşam. Hamı bar üçün, anbar, mağaza üçün nəzərdə tutur. Buna erməni, rus, Amerika nə eləsin?”.

Bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

F.Mustafa qeyd edib ki, dövlət də xalqın məcmuyudur, xalqın düşüncəsi nədirsə, dövlət onun mahiyyəti üzərində qurulur: “Məmur həmin o ailədən çıxıb, laqeyddir, təhlükəni görmür. Müharibə aparılan dövlətdə hansı ağılsız hərbi dərsləri ləğv edər? Nə olsun ki, bir dəfə qumbara partlayıb. Çox belə hadisə ola bilər, amma hərbi dərslər ləğv olunmamalıdır. Pulsuz atıcılıq klubu nədir ki, yaradın, cavan uşaqlar avaralanmaq əvəzinə, ora gedib öyrənsinlər”. \\Pravda