Kim Kardaşyanın əri ABŞ prezidenti olmayacaq

102

Hurriyyet.org xəbər verir ki, Kim Kardaşyanın həyat yoldaşı, amerikalı reper Kanye Vest 2020-ci ildə keçiriləcək ABŞ prezidenti seçkilərində iştirak etməyəcəyini bildirib.

Məlumatı Nyu-Yorkda dərc edilən “Intelligencer” jurnalı yayıb.

Vest bundan əvvəlki açıqlamalarında, Respublikaçılar partiyasından artıq Donald Trampın namizədliyi irəli sürüldüyü üçün seçkilərdə müstəqil namizəd kimi iştriak edəcəyini bildirmişdi. Musiqiçinin nümayəndəsi Stiv Kraver jurnala açıqlamasında deyib: “O, seçkilərdə iştirak etməyəcək”.

Hurriyyet.org