Kim Çen Inın sirli yoxa çıxmasının səbəbi açıqlandı – “Daha qərb mediasına inanmayın!”

30

Kim Çen In sirli şəkildə Şimali Koreya piarı naminə 20 gün ərzində yoxa çıxıb. Bu versiya MQİMO-nun (Moskvada universitet) Şərqşünaslıq kafedrasının dosenti İlya Dyaçkov tərəfindən irəli sürülüb.

Bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

“Liderin itməsi hər kəsin qəfildən onun haqda danışması və özünə diqqət çəkməsinin bir üsuludur.

Bütün dünya mətbuatı bu barədə sirli şəkildə danışdı, bütün həftə boyu xəbərlər baş verənlərlə bağlı fərziyyələr danışdı” deyib Dyaçkov.

Onun sözlərinə görə, pandemiyaya görə KXDR diqqətdən yayınıb. Liderin “yoxa çıxması” ölkənin qlobal informasiya gündəminə qayıtmasına kömək edib.

Eyni zamanda, koreyalılar əvvəllər də oxşar PR cəhdləri etmişdilər. Məsələn, mart-aprel aylarında hərbi aktivliyin artması.

Lakin Şimali Koreya hökmdarının “ölümü” ilə bağlı şişirdilmiş söz-söhbətlərdən əsas nəticə budur ki, artıq Qərb mediasının “möhkəm” və “ciddi” mənbələrinə etibar edə bilməzsiniz.

Xatırladaq ki, aprel ayının ortalarında Kim Çen In babası – KXDR-in qurucusu Kim İr Senin doğum günü mərasiminə qatılmamışdı. Sonra lider 20 gün ərzində görünmədi.

Qərb mətbuatı dərhal Kim Çen Inın öldüyünü və ya ağır xəstə olduğunu irəli sürdü. Medialar mənbələrə istinad edərək KXDR liderinin uğursuz bir əməliyyat keçirdiyini və koma vəziyyətində olduğunu yazdı. Bunun səbəbi, cərrahın qorxması və əllərinin titrəməsi olub. \\Konkret