Kim Çen ailə məsələlərini Donald Trampa söyləyib?

84

Hurriyyet.org xəbər verir ki, Şimali Koreyanın dövlət başçısı Kim Çenin əmisini necə öldürtdüyünü ABŞ Prezidenti Donald Trampa danışdığı iddia edilir.

Jurnalist Robert Vudvordun çapa hazırlanan, “Qəzəb” adlı yeni kitabında Şimali Koreya lideri Kim Çenin əmisini necə öldürdüyünü ABŞ prezidenti Donald Trampa danışdığını yazıb. Kitabda Trampın 2018-ci ildə Sinqapurda Şimali Koreyanın dövlət başçısı Kim Çen ilə görüşdən də bəhs edilir. Trampın “Kim Çenin onu sehrlədiyini və koreyalı liderin çox ağıllı olduğunu” söylədiyi də kitabda öz əksini tapıb. Vudvorda müsahibə verən Trampı Kimin öz əmisini necə öldürdüyü barəsində ona ətraflı məlumat verdiyini deyib.