Kilidə bənzəyən sürətli kater təqdim edilib

144

Yaponiyalı dizayner Yasuhiro Suzuki nəhəng kilid başlığı formasında kater hazırlayıb. Bu maraqlı dizayn suyun kilid kimi açılması illüziyasını yaradır. “Seanews.az” xəbər verir ki, “Zipper Fastener Ship” adlı kater ilk dəfə “Designart Tokyo” sərgisində ictimaiyyətə təqdim edilib. Korpusu xromdan hazırlanmış katerin uzunluğu 9 metrdir.

Katerin müəllifinin sözlərinə görə, onu bu ideyaya ilhamlandıran gəmilərin dənizdə üzərkən suyun səthində buraxdığı izlər olub. Suzuki gəmilərin üzüşünü təyyarədə uçan zaman müşahidə edib və gəmilərin suyu yarı bölməyi dizaynerdə yaxası açılan gödəkçə illüziyası yaradıb. O, sözügedən katerin üzərində 2004-cü ildən çalışırmış. Kater oktyabrın 31-dən noyabrın 8-nə qədər Sumida gölündə sınaqdan keçirilib.