“Keşlə”nin legioneri millidə rekorda imza atdı

111

Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunun Yunanıstanla ev oyunu (0:2) Moldova yığmasının qapıçısı Stanislav Namaşko üçün əlamətdar olub.

Moldova Futbol Federasiyasının rəsmi saytı xəbər verir ki, “Keşlə”nin qolkiperi  millidə 50-ci matçını keçirib. Bu, indiyədək yığmada rəsmi oyunlarda ən çox meydana çıxan qapıçılar arasında rekord göstəricidir. Qeyd edək ki, Namaşko ötən ildən “Keşlə”də çıxış edir.