Keşişlərin duası ilə Türkiyədən intiqam almaq üçün birləşdilər – ABŞ, İSRAİL, YUNANISTAN…

    18

    Kod adı “İntiqam!” ABŞ, İsrail və Yunanıstan təlimlərində düşmən Türkiyədir!

    Hurriyyet.org xəbər verir ki, Aralıq dənizində Türkiyəyə qarşı təhlükəli təlimlər keçirildiyi aşkara çıxıb. Aralıq dənizinin şərqində 2010-cu ildən etibarən aparılan təlimlərə yəhudilərin müqəddəs kitabı Tövratda “intiqam” mənasını bildirən “Nobel Dina” adı verilib.

    Türkiyə mətbuatının yazdığına görə, təlimləri İsrail, ABŞ, Yunanıstan və Cənubi Kipr ortaq şəkildə həyata keçirirlər. Təlimlərin əsl məqsədi Türkiyədən gələ biləcək hər hansı bir təhlükənin yox edilməsi ssenarisinin həyata keçirilməsidir.

    Təlimlərin maraqlı tərəfi isə keşişlərin təlimdə iştirak edən hərbçiləri ziyarət eləyib dua eləməsidir. Hədəfdə Türkiyə ətrafında, Girit və Şərqi Aralıq dənizinin də daxil olduğu çənbər yaratmaqdır.

    Hurriyyet.org