Kərəm Məmmədovu Gürcüstana BURAXMADILAR

    15

    Tarixçi alim, Bakı Dövlət Universitetini Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədovu növbəti dəfə Gürcüstana buraxmayıblar. Əslən Dmanisi (Başkeçid) rayonun Gəyliyən kəndindən olan tarixçi alim bir neçə gün öncə ailəsi ilə birlikdə doğulduğu kəndə getmək istəyib. Hurriyyet.org xəbər verir ki, Azərbaycan-Gürcüstan sərhəddində gürcü sərhədçilər alimin Gürcüstan qanunvericiliyinə uyğun olmadığını, “arzuolunmaz şəxs” elan olması səbəbi ilə Gürcüstana girişinə yasaq qoyulduğunu bildiriblər.

    Qeyd edək ki, tarixçi alimə qarşı Gürcüstan rəsmilərinin tətbiq etdiyi bu sanksiya ilk deyil. Ötən il də Kərəm Məmmədova qarşı belə bir sanksiya tətbiq edilmişdi. Ancaq bir neçə ay öncə bu sanksiya götürülmüş və Kərəm Məmmədov anasının dəfnində iştirak edə bilmişdi. İndi isə yenidən tarixçi alim doğulduğu yurda getmkdən məhrum edilib. Gürcüstan rəsmiləri bu addımları dəqiq ifadə edə bilməyiblər və ümumu “digər səsbəblər”lə izah ediblər. Tarixçi alim Kərəm Məmmədovun doğma yurduna getməkdən məhrum edilməsi humanizm əleyhinə addım olduğu kimi, həm də qanunsuzdur. Gürcüstan hökmətinin siyasi motivlərlə hərəkət etdiyi, son zamanlar “Keşikçi Dağ” ətrafında yaranmış qalmaqalla bağlı əslən Gürcüstandan olan nüfuzlu ziyalılara qarşı qadağalar tətbiq etdiyi aydın görünməkdədir. Gürcüstan hakimiyyəti orqanlarının Kərəm Məmmədov kimi əslən Gürcüstandan olan nüfuzlu ziyalılara qarşı qadağalar tətbiq etməsi iki qonşu və starteji tərəfdaş ölkə arasında olan münasibətlərin inkişafına xidmət etmir. Buna görə Gürcüstan hakimiyyətinin belə yanlış addımlara son qoyması lazımdır.

    Şamo EMİN, Hurriyyet.org