Kərə yağının FAYDALARI

    6

    İmmunitet sisteminin dəstəklənməsi və maddələr mübadiləsinin artırılması üçün kərə yağının mühüm faydaları mövcuddur. Mikrobial olduğu üçün bağırsaq içində yaşayan patogenik mikroorqanizmlərlə mübarizə edir.

    Kərə yağının faydaları nədir?

    Güclü antioksidandır – Təbii kərə yağının tərkibində karoten maddəsi mövcuddur. Bunlar isə antiosidanlara ya da A vitamininə çevrilə bilir. Hər iki vəziyyətdə də insan sağlamlığı üçün faydalıdır. Xəstəliklərlə mübarizə aparır.

    İmmunitet sistemini gücləndirir – Dəri, göz, ağız, boğaz nahiyələri üçün olduqca faydalıdır. Xərçəngin inkişaf etməsinin qarşısını alır.

    Bağırsaqların fəaliyyətlərini gücləndirir. Bakterial infeksiyalarının qarşısını alır. Mədə və bağırsaq problrmlərindən vücudu uzaq tutur.

    Sümükləri gücləndirir – Tərkibində olan A və D vitamini güclü sümüklər üçün gərəkli kalsiumun əmilməsini təmin edir.

    Beyinə müsbət təsir göstərir.

    Piylənmədən qoruyur. Həmçinin ürək-damar xəstəliklərindən xilas edir.

    Tərkibi omega 3 və 6 vitaminləri ilə zəngindir. Bu da beynin inkişafını sürətləndirir. \\hekimtap.az

     

    HURRİYYET.ORG