Kərbəlada QAN TÖKÜLDÜ – Şəhərə giriş-çıxış bağlandı

    36

    Hurriyyet.org xəbər verir ki, İraqın Kərbəla şəhərində baş verən terror aktı nəticəsində həlak olanların sayı 17 nəfərə çatıb. Məlumatı “Əl Sumaria” telekanalı İraqın Daxili İşlər Nazirliyinə istinadən verib.

    Kişik marşrut avtobusunun içərisinə yerləşdirilmiş bombanın partlamasına görə, məsuliyyəti hələ heç bir qruplaşma öz üzərinə götürməyib.

    İlkin məlumatlarda 12 nəfərin həlak olduğu, 5 nəfərin isə yaralandığı bildirilmişdi.

    Hüquq mühafizə orqanları terroru törətdiyi bildirilən şəxsi həbs ediblər. Kərbəla şəhərinə giriş və çıxışlar bağlanıb.

    Hurriyyet.org