KERÇ BOĞAZI GƏRGİNLİYİ: Kiyev Ukraynada ABŞ bazası qurulması üçün danışıqlara başlayıb?

    12

    Hurriyyet.org xəbər verir ki, Ukrayna hakimiyyətinin ölkədə Amerika hərbi bazası qurulması üçün Vaşinqton iqtidarı ilə danışıqlara başladığı bildirilib.

    “İzvestiya” qəzetinin diplomatik mənbələrə istinad elədiyi xəbərinə görə, Ukrayna hökuməti ölkə topraqlarında ABŞ hərbi bazasının qurulmasını istəyir.

    Mənbələr Ukraynanın bu istiqamətdə ABŞ ilə müzakirələrə başladığını bildiriblər.

    Ukraynalı vəkil təsdiqləyib

    “İzvestiya” qəzetinin yazdığına görə, “Pyotr Poroşenko Bloku”ndan olan millət vəkili İvan Vinnik də bu məlumatı təsdiqləyərək deyib: “Yeni baza Rusiyanın yaratdığı təhdidə qarşı ölkənin təhlükəsizliyini təmin edəcək”.

    “ABŞ tələsmir”

    Amerikalı mənbələr isə Vaşinqtonun vəd vermək üçün tələsmədiyini bildiriblər.

    Hurriyyet.org