Kəndli və fermerlərə kreditlərin verilməsi ilə bağlı yeni girov mexanizmləri hazırlanacaq

    9

    "Cari ilin sonuna qədər ilkin mərhələdə kənd təsərrüfatı sahəsinə 10 milyon manat kreditin ayrılması haqqında qərar qəbul etdik".

    Hurriyyet.org xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyiyanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib.

    M.Əliyevin sözlərinə görə, kəndli və fermerlər bu kreditlərdən yararlana bilərlər.

    "Minimum kredit məbləği 1000, maksimum kredit məbləği isə 200 min manatdır. Faiz həddi maksimum 7% müəyyən olunub. Kreditlərin verilməsinə gəlincə, fermerlər yaxınlaşırlar müvəkkil banklara və müəyyən sənədlər var onları təqdim edirlər. Əvvəllər bu sənədlərin sayı çox olsa da, məsələn, müvəkkil kredit təşkilatından asılı olaraq sənədlərin sayı 15, hətta 20-yə çatırdı, hal-hazırda həmin say minimuma, 4-5-ə qədər endirilib. Girov məsələsində müvəkkil kredit təşkilatlarını hazırkı bankları seçmişik. Hazırda bir neçə dövlət qurumları ilə birgə yeni girov mexanizmlərinin hazırlanması, yəni daşınar əmlakın girov kimi götürülməsi və s. mexanizmlər üzərində çalışırıq",- deyə xidmət rəisi bildirib./apa/