Kənd sakini uşaqları çəllək-qatarda məktəbə aparır – VİDEO

    15

    Sosial şəbəkələrdə yayılmış maraqlı bir videogörüntü izləyicilərin böyük rəğbətini qazanıb.

    Kənd sakini çəlləklərdən hazırladığı kiçik vaqonları öz traktoruna qoşaraq, kəndin azyaşlı uşaqlarını məktəbə aparır.

    Bəziləri bu görüntülərin Zərdab rayonunda lentə alındığını desələr də, kadrlar əslində Dağıstanın Kayakənd kəndində çəkilib.

    Kənd uşaqları bu şən qatardan yayda və qışda məmnuniyyətlə istifadə edir, onlar üçün həm nəqliyyat, həm əyləncə vasitəsi yaradan insana təşəkkür edirlər. \\oxu.az