Kəmaləddin Heydərovun deputat dostu namizədliyini geri götürdü – FOTO

    18

    44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizəd, millət vəkili Hacı Salayev namizədliyini geri götürüb.

    Hurriyyet.org unikal.org-a istinadən xəbər verir ki, Hacı Salayev 9 fevral VI çağırış növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyi ilə bağlı qeydə alındığı seçki dairəsinə müraciət edib. 

    DSK-dan xəbəri təsdiqləyiblər. 

    Xatırladaq ki, Hacı Salayev 2010-cu il IV-cü və 2015-ci il V-ci Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

    Qeyd edək ki, Hacı Salayev Fövqalədə Hallar Naziri Kəmaləddin Heydərovun yaxın dostudur.

    Kəmaləddin Heydərovun deputat dostu namizədliyini geri götürdü -FOTO