Keçmiş mətbuat katibinin maşınını soydular: “İnanmıram ki, bu, təsadüfi oğurluq olsun” – FOTO

    18

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş mətbuat katibi İlham Məmmədzadənin şəxsi avtomobilini ötən gecə soyublar.

    Hurriyyet.org mia.az-a istiandən xəbər verir ki, bu barədə İlham Məmmədzadənin özü məlumat verib.

    O bildirib ki, yaşadığı Sumqayıt şəhəri, 36-ci məhəllədə gecə saat 01:24-də maşınının şüşələri naməlum şəxs və ya şəxslər tərəfindən sındırılıb: "Nə oğurlandığı hələ ki, məlum deyil. 02 qaynar xəttinə zəng etmişik, gözləyirik gəlsinlər".

    O, bildirib ki, həyətdə 30-dan artıq maşın var: "Həyətdə mənim maşınından da qat-qat bahalı maşınlar var. İnanmıram ki, bu, təsadüfi oğurluq olsun".