Keçmiş işçisindən “Embavud”a YENİ İTTİHAMLAR: “Keyfiyyətsiz istehsal…” – FOTOLAR

    6

    "Səhvlərini aşkar eləməyim bunlara mənfi təsir edirdi…"

    Bir müddət öncə saytımıza müraciət edən "Embavud" şirkətinin Tbilisi filialında müxətlif vəzifələrdə çalışmış Qacar Hüseynov, haqsız yerə işdən uzaqlaşdırılması və şirkətin fəaliyyəti barədə müxtəlif iddialar səsləndirmişdi. Şirkət isə açıqlama yayaraq, keçmiş işçisinin iddialarını təkzib etmişdi. 

    Q.Hüseynov yenidən "AzPolitika.info"ya müraciət edib. Bu dəfə daha ağır ittihamlar səsləndirərək, şitkətdə baş verən özbaşınalıqlar və yumuşaq mebelin keyfiyyətsiz istehsalından danışıb.

    Q.Hüseynovun sözlərinə görə, "Embavud" şirkətinin açıqlaması özlərinin ağa çıxarmaq cəhdidir: ""Embavud" şirkəti tərəfindən sizə verilən məlumat düzgün məlumat deyil. Onlara Tbilisidəki filialın rəhbərliyi özlərini təmizə çıxarmaq üçün yanlış məlumat verirlər. Mən bu olayla bağlı daha ətraflı informasiya verməyə hazıram. Əlimdə faktlar var. Nəyə görə bunlar mənə bu qurmanı qurublar, mən yaxşı bilirəm və həmin gün çəkdiyim şəkillərim də var. Modelləri keyfiyyətsiz və standartdan kənar istehsal edirdilər. Mən isə bunlara texniki gizciləri göstərərək bu formada işləməyi və istehsal etməyi məsləhət görürdüm. Yəni, bu, mənim işim idi və mən öz işimi görürdüm. Ona görə də istehsalat rəhbərlərinin mənim dediklərim və yerində bu səhvlərini aşkar eləməyim bunlara mənfi təsir edirdi. Həmin gün çəkdiyim şəkillər dediklərimi təsdiq edir. Həmin şəkilləri sizə göndərirəm. Yalnız bir modeldə yox, buna oxşar faktlar çox modellərdə yumşaq mebelin istehsal rəisi Gülağa Əliyev başda olmaqla belə səhvlərə yol verirdi. Mən isə bu səhvləri üzərə çıxaranda xoşlarına gəlmirdi. Bunlar qruplaşma yaradaraq bunlara sərf eləmədikləri professinol işçiləri hər cür yola əl ataraq şirkətdən uzaqlaşdırmağa çalışırlar. Baş ofisə və şirkətin rəhbərinə isə yanlış məlumat verirlər. Mən çalışırdım ki, bizim istehsal etdiyimiz produkt keyfiyyətli və düzgün istehsal olunsun. Mənim Elman Nəsibov ilə heç bir şəxsi söz-söhbətim olmayıb. Rəhbərlik, yəni Sənan Omarov həmin qruplaşmanın sözlərinə qulaq asıb, ona verilən səhv məlumatlara inandı.

    Q.Hüseynov onu da əlavə edib ki, heç kim onu çağırıb nəsə yazmasını tələb etməyib: "O da yalandı ki, rəhbərlik o biri günü məni çağırıb nə isə yazmağı tələb edib. Növbəti gün iş saatlarının son dədiqələrində kadırlar şöbəsinin müdiri Eka Qajıyeva məni və iki nəfər (bunlardan biri mənim rəisim idi – Emil Musayev) otağa çağırıb Sənan Omarovun qərarı ilə məni tanış etdi. Artıq işləri düzüb qoşmuşdular. Mənim vəzifəmə çoxdan gözünü dikən Xalid Əliyevi təyin etdilər (İstehsal rəisi Gülağa Əliyevin oğlu). Sizə Xalid Əliyevin bir neçə ay əvvəl işlə bağlı mənə yazdığı məktubun şəkilini də göndərirəm. O məktubu oxuyanda şoka düşəcəksiniz. Yəni, "Embavud" Georgiada ali savadlı və professional işçiləri Xalid Əliyev kimi savadı və biliyi sıfıra bərabər olan kadrlarla əvəz edirlər. 

    Beləliklə, "Embavud" Georgia şirkətini gülünc günə qoydular. Sizdən çox-çox xahiş edirəm, sizə göndərdiyim bütün şəkillər və məktub məqalənizdə öz əksini tapsın. Mən on ildə topladığım bütün faktları, yəni haqsızlıqları, oğurluq faktlarını, bütün yalanları, düzəltdikləri saxta dokumentləri, o cümlədən "Embavud" şirkətində hal-hazırda yuxarı vəzifələrdə çalışan bəzi şəxslərə aid olan saxta diplomların hazırlanmağı haqqıda Azərbaycan və yerli mətbbuata, "Embavud"un hansı ölkədə filialları varsa, həmçinin, o ölkələrin mətbuatına açıqlamağa hazıram. Mən artıq bu faktla bağlı yerli polis şöbəsinə şikayət etmişəm. Bu yaxınlarda məhkəməyə də şikayətimi təqdim edəcəm. Bunlardan əlavə Azərbaycan Səfirliyi başda olmaqla bütün səfirliklərə, bəzi faktlarla bağlı yalnız prokurorluğa, beynəlxalq və yerli qeyri dövlət təşkilatlarına açıqlamalarımı edəcəyəm. Qoy hamı bilsin, bu gün "Embavud" Georgida nələr baş veri. Savadlı, işinin professionalı olan kadrları şirkətdən uzaqlaşdırıb, yerlərinə savadsız, öz ana dilində belə yaza bilməyən adamları yerləşdirirlər.

    Əlavə etmək istərdim ki, kadrlar şöbəsinin müdiri Eka xanım bu günə qədər mənim hansı vəzifədə olduğumu və nə işləri görməli olduğumu bilmirdi. Azərbaycan dilini belə bu adam şirkətdə öyrənir. Bu da bizim "ali savadlılarımız".

    Daha ətraflı məlumatları Bakı şəhərində mətbuat konfransında açıqlıyacam. Mənə qarşı edilən haqqsızlığa göz yuma bilmərəm. Əlimdən gələni edəcəm ki, haqq və ədalət qalib gəlsin. Bir də sizə bildirmək istəyirəm ki, mən həmin gün vəziyyətimin çox pis olduğu halda nə təcili yardım çağırmağa, nə də polisə xəbər verməyə izin vermədim. Şirkətin adına və imicinə nə isə ləkə gəlməsini istəmədim. İstəmirdim ki, Gürcüstanda Azərbaycan şirkətinin adına xələl gəlsin. İnanırdım ki, Sənan müəllimin qərarı haqlı və ədalətli bir qərar olacaq. Ancaq təəssüflər olsun ki, Sənan müəllim də bu qruplaşmanın qurbanı oldu" – deyə bildirib.

    Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

    Qacar Hüseynovun saytımıza göndərdiyi fotoları təqdim edirik:

     

     

     

     

    /"AzPolitika.info"/