Keçmiş arvadını bıçaqladı – Gözəllik salonunda işlədiyinə görə

    39

    Keçmiş həyat yoldaşını qısqanclıq zəminində bıçaqlayan şəxsin məhkəməsi başlayıb.

    Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Zaur Rzayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

    Hakim Azad Məcidovun sədrıiyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

    Hadisə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən "Stil" gözəllik salonunda baş verib.

    1978-ci il təvəllüdlü Rzayeva Aynur Osman qızı keçmiş həyat yoldaşı, 1974-cü il təvəllüdlü Rzayev Zaur Ağahüseyn oğlu tərəfindən bıçaqlanıb. O, çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

    Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb və hadisəni törətməkdə şübhəli bilinən Z. Rzayev saxlanılıb.

    İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Rzayev ondan ayrılan keşiş yoldaşının gözəllik salonunda işləməsi ilə razılaşmayıb.