Keçmiş səfir ev dustaqlığına buraxıldı

96

Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin həbsdə olan sabiq rəisi Faiq Bağırov ev dustaqlığına buraxılıb.

Modern.az xəbər verir ki, bu barədə “Elektron məhkəmə” portalında bildirilib.

Məlumata görə, sentyabrın 22-də Səbail rayon məhkəməsində hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsatətə baxılsa da, təxirə salınıb. Daha sonra vəsatət təmin edilib və Faiq Bağırov ev dustaqlığına buraxılıb.

F.Bağırov Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham edilir.

F.Bağırov iyulun 7-də DTX-nın Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılıb. İyulun 9-da onun barəsində məhkəmə qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.

Qeyd edək ki, F.Bağırov Azərbaycanın Türkiyədəki keçmiş səfiridir.