Keçmiş prokurorun qohumu qətlə yetirildi

117

Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib. Hadisə  İbrahimpaşa Dadaşov küçəsində qeydə alınıb.

Tahir Tağıyev yaşadığı evdə ölmüş vəziyyətdə tapılıb. Hadisə yerində olan Hurriyyet.org-un əməkdaşı mənzilin qapısının üst hissəsində izləmə kamerasının olduğunu müşahidə edib. Qapının kandarında olan qan izləri hadisənin məhz mənzilin girişində baş verdiyindən xəbər verir.

Qonşuların bildirdiyinə görə, qətlə yetirilən Tahir  Tağıyev Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qohumudur. Ərazidə olduğumuz müddətdə prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirildi.

Nərimanov rayon prokurorluğundan verilən məlumata görə, sentyabrın 24-də saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində, 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlunun yaşadığı evdə üzərində kəsilmiş-deşilmiş bədən xəsarətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.