Keçmiş icra başçısının evində intihar hadisəsi baş verib

39

Göyçay rayonunda intihar hadisəsi baş verib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, 68 yaşlı Cəfər Cəfərov gözətçi işlədiyi evdə özünə tüfənglə atəş açaraq intihar edib.

Araşdırmalar zamanı evin Ucar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı ((2005-2010-cu illər) Arzu Qafurova məxsus olduğu müəyyənləşib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.