Brayza ABŞ-ın Qarabağ məsələsinə münasibətini tənqid etdi

    6

    Keçmiş həmsədr bildirib ki, bununla Rusiya 2 qazanc əldə etmək istəyir. Birincisi, Rusiya Ukrayna məsələsi ilə alt-üst olmuş beynəlxalq nüfuzunu bərpa etmək məqsədi güdür. İkincisi, Azərbaycan və Ermənistan rəhbərliyində o təəssürat yaranıb ki, Rusiya Cənubi Qafqazda atəşkəslə bağlı çağırış edən yeganə ölkədir: “Bu, Putinə Rusiya, Türkiyə, İran, Mərkəzi Asiya və Xəzərin enerji təminatçılarını birləşdirən regionda fəaliyyət göstərməyə imkan yaradır. İndi Dağlıq Qarabağ münaqişəsinin həll prosesində iştirak etmək istəyən və bu planı pozulan İran da Rusiya ilə birgə hərəkət etmək və ABŞ-dan kənarda Azərbaycanla üçtərəfli əməkdaşlıq mexanizmi qurmaq istəyir. Putin Azərbaycan və Ermənistanı Qərbdən uzaqlaşdırdığı və gələcək böhranların bünövrəsini qoyduğu bir vaxtda ABŞ kənardan izləməklə məşğuldur“.