Keçmiş deputata yeni vəzifə verildi

63

Azərbaycan Diasporuna Dəstək Fonduna yeni icraçı direktor təyin olunub.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru vəzifəsi Əkrəm Abdullayevə həvalə edilib.

Qeyd edək ki, Ə.Abdullayev 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub. O, yeni təyinata qədər Diasporla İş üzrə Dövlət Komitəsində işləyib.

Xatırladaq ki, fondun əvvəlki icraçı direktoru Elşad Əliyev idi. O, sentyabrın 2-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini təyin edilib.

Azərbaycan Diasporuna Dəstək Fondu Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərir.