“Keçirilən əməliyyatlar Azərbaycan torpaqlarının işğaldan tam azad olunmasına hesablanıb” – HƏRBİ ŞƏRHÇİ

84

“Artıq, Azərbaycan höküməti ölkənin tam şəkildə müharibəyə köklənməyini bildirib. Bu baxımdan, hərbi vəziyyət elan olunub. Daha sonra isə, qismən səfərbərlik elan olundu. Bununla da Azərbaycan xalqı anlamalıdır ki, bu 2016-cı ilin Aprel döyüşləri və digər hərbi əməliyyatlar deyil. Bu irimiqyaslı əks hücum əməliyyatıdır”

Bunu Hurriyyet.org-a açıqlamasında Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli deyib. O keçirilən hərbi əməliyatların da Azərbaycan torpaqlarının işğaldan tam azad olunmasına hesablandığını bildirib:

“Əks hücum əməliyyatının başlanmasını özündə ehtiva edən əsas məqam, Azərbaycanın siyasi rəhbərliyinin iradəsidir. Yəni, bu gün Azərbaycanın siyasi rəhbərliyi bu iradəni nümayiş etdirməsəydi, bugünki uğurlu hərbi əməliyyatların başlamasını gözləmək olmazdı. Sual oluna bilər ki, niyə məhz indi?… Bunun vacib məqamlarından biri siyasi, digər vacib məqam isə hərbi texniki məsələdir. Hazırki məqamı təhlil etdikdə çox vacib məqamlara da toxunmalıyıq. Hazırda Silahlı Qüvvələrin həyata keçirdiyi əməliyyat zolağı  Qarabağda dislolkasiya olunan terrorçu hərbi birləşmələrini mühasirəyə almaq, onları həm Qarabağın cənub istiqamətindən, həm də şimal və şərq istiqamətindən zərərsizləşdirməkdir. Proseslər bu istiqamətdə gedir. Arazı qırağı və Qarabağın cənub istiqaməti ərazilərində həyata keçirilən hərbi əməliyyatların məqsədi də budur. Həmçinin Murovdağ silsiləsində həyata keçirilən əməliyyatın məqsədi də düşməni şimal istiqamətdən mövqelərini zəiflətməkdir. Artıq, Azərbaycan höküməti ölkənin tam şəkildə müharibəyə köklənməyini bildirib. Bu baxımdan, hərbi vəziyyət elan olunub. Daha sonra isə, qismən səfərbərlik elan olundu. Bununla da Azərbaycan xalqı anlamalıdır ki, bu 2016-cı ilin Aprel döyüşləri və digər hərbi əməliyyatlar deyil. Bu irimiqyaslı əks hücum əməliyyatıdır. Bu da Azərbaycan torpaqlarının işğaldan tam azad olunmasına hesablanıb”.

YƏHYA