“Kaş London Azərbaycanın ərazisi olaydı…” – Fanatlardan Mxitaryana etiraz

    18

    "Arsenal"ın azarkeşləri Henrix Mxitaryana əsəbiləşib.

    Hurriyyet.org qol.az-a istinadən xəbər verir ki, komandanın fanatlarının "Facebook"dakı səhifələrindən birində erməni futbolçunun son vaxtlar yaxşı oynamaması səbəbindən belə bir paylaşım edilib: "Biz istəyirik ki, kaş London Azərbaycanın ərazisi olaydı və Mxitaryan ora buraxılmayaydı".

    Xatırladaq ki, rəsmi Bakı Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər etdiyi üçün Ermənistan vətəndaşı olan Henrix Mxitaryanın ölkəmizə girişinə qadağa qoyub. Bu səbəbdən o, 2015-ci ildə "Borussiya"da (Dortmund) oynayarkən Bakıda "Qəbələ", 2018-ci ildə "Arsenal"la "Qarabağ"la oyuna gələ bilməyib.