Karayılan: “Böyük itkilər veririk”

78

Hurriyyet.org xəbər verir ki, terrorçu Murat Karayılan PKK terror təşkilatının “Denge Welat” radiosuna müsahibəsində Türkiyə Silahlı Qüvvələrinin və Milli Kəşfiyyat İdarəsinin uğurlu əməliyyatları ilə terrorçulara əl-qol açmağa imkan vermədiklərini söyləyib: “Hər yerdə əsgər, havada, quruda əməliyyat var. Böyük itkilər veririk”.

Karayılan Türkiyənin dronları ilə yanaşı, Silahlı Qüvvələri və Kəşfiyyat Təşkilatının koordinasiyalı şəkildə apardıqları əməliyyatların Suriya və Şimali İraqda terrorçuları sıxışdırdığını söyləyib:

“Türkiyə son illərdə bizə qarşı texnoloji, hərbi və kəşfiyyat texnikalarını ən yüksək şəkildə tətbiq edir”.

“Türkiyə kəşfiyyatının gücü qarşısına aciz qalırıq. Türkiyənin Şimali İraq və Suriya bölgəsindəki güclü kəşfiyyat şəbəkəsinə görə böyük itki veririk. Buna görə də fəaliyyət tərzimizi dəyişdirməliyik. Türkiyənin sahədəki kəşdiyyatı dronlar və silahlı dronlarla əldə elədiyi kəşfiyyat məlumatları ilə birləşdiyi zaman itkilər qaçılmaz olur”.

“Hazırda hər yerdə əsgər var. Havada-quruda əməliyyat var. Haftanində, Çeledə, Zapda, Qəndilin dörd bir yanında. Türkiyə dövləti “Yıldırım-1-2-3-4-5” adlandırdığı ən ağır silahlarla, hava vasitələri ilə, minlərlə xüsusi təyinatlı ilə əməliyyat keçirir. Haradasa bircə gerilla (terrorçu) görsələr, dərhal onu məhv eləmək üçün bütün texnikasını və qüvvəsini səfərbər edirlər… Böyük itkilər veririk”.

“Silahlı və silahsız Pilotsuz Uçuş Aparatı vasitəsi ilə ölümlərin günahkarı Almaniya ilə Kanadadır. Bu texnologiyanın sxemini onlar verirlər”.

“Peşəkar hərbçi olan usta çavuşlar hərəkatımızım belini qırırlar. Onların vəzifəsi sadəcə bizə qarşı savaşmaqdır. Məhv etmək  üzrə ustalaşıblar”.