Karantin qaydalarını pozan futbolçu komandadan QOVULDU

126

Belçikanın “Ostende” komandası oyunçusu Fabris Ondoa ilə müqaviləni pozub.

Buna kamerunlu qapıçının koronavirus pandemiyası dövründə əyləncə məclisi təşkil etməsi səbəb olub.

Hadisə ötən həftə baş verib. 24 yaşlı qolkiperin evindən çox səs-küy gəldiyini eşidən qonşular polis çağırıblar. Bu zaman Ondoanın təqribən 10 nəfərlik məclis quraraq karantin qaydalarını pozduğu üzə çıxıb.

Hadisə yerinə gəlmiş polislər qonaqların hücumuna məruz qalıb. \\Report