Karantin qaydalarını pozan daha 25 nəfər cərimələndi

177

Paytaxtın Nəsimi rayonunda xüsusi karantin rejim qaydlarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan obyektlər aşkarlanıb. 

Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidməti və 22-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə Rəşid Behbudov 18-də  “05”, Nizami 8 ünvanında “Baku City” internet əyləncə – oyun salonlarının sahibləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 25 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyekt sahibləri – 1981-ci il təvüllüdlü Teymur Səmədov, 1974-cü il təvəllüdlü Zaur Hüseynov 1500 manat, digərləri 100 manat cərimə olunublar.

Bakıda əyləncə salonlarında karantin qaydalarını pozanlar saxlanıldı