Karantin olsa da, avtobuslarda sıxlıqdır – Fotosessiya

60

İyulun 4-də Bakı metrosunun fəaliyyətinin dayandırılmasından iki gün sonra ekspress xətlər üzrə hərəkət edən avtobuslarda sərnişin sıxlığı müşahidə olunur.

Hurriyyet.org bildirir ki, “Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynalov paytaxtın bir sıra yerlərində olub, mövcud mənzərəni lentə alıb.

Bakı Nəqliyyat Agentliyinin son rəsmi məlumatında bildirilib ki, xüsusi karantin rejiminin sərtləşdirilməsindən sonra müntəzəm marşrut xətləri üzrə daşınan sərnişin sayında ümumilikdə 60-70 faiz azalma müşahidə olunurb. Qeyd edilib ki, buna baxmayaraq gündəlik reysə çıxan avtobusların sayı azaldılmayıb.

Xatırladaq ki, Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırıldığından iylun 6-dan M1, M2, M3, M4, M5, M6 və M7 ekspress xətlərinin fəaliyyəti bərpa olunub. Bütün ekspress xətlər üzrə avtobusların iş qrafiki 07:00-dan 20:00-dək müəyyən edilib.