“Karabakh is Azerbaijan!” Milli Platforması beynəlxalq gücünü daha da artırır

288

Bütün dünya Azərbaycan həqiqətlərini gec də olsa bilməyə borcludur

“Azərbaycan Diaspor Könüllüləri”nin təşəbbüsü ilə formalaşmış “Karabakh is Azerbaijan!” milli platformasının beynəlxalq qanadı yaradılıb və xarici ölkələrin gəncləri arasında “Qarabağ Azərbaycandır!” şüarının təbliğ olunması ilə bağlı kampaniyaya start verilib. Bu məqsədlə “Xarici ölkə gəncləri də “Qarabağ Azərbaycandır!” deyir” mövzusunda süjet hazırlanıb. “Karabakh is Azerbaijan” YouTube kanalında yayımlanan videoçarxda Türkiyə, Hindistan, Qazaxıstan, Makedoniya, Niderland, Banqladeş, Özbəkistan və Pakistanı təmsil edən gənclər öz doğma dillərində “Qarabağ Azərbaycandır!” şüarını səsləndiriblər. Onlar Ermənistanın Azərbaycana qarşı işğalçı və təcavüzkar siyasətini, terrorçu və zorakılıq əməllərini pisləyiblər. Azərbaycanı dəstəklədiklərini, ölkəmiz üçün ədalət tələb etdiklərini, Ermənistanın təcavüzkar siyasətinə dinc yolla son qoyulmasının zəruriliyini vurğulayırlar.

 

Diaspor Komitəsinin uğur paketi

Azərbaycanın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İslahat Könüllüləri Təşkilatının təşəbbüsü ilə “Diaspor fəaliyyətinin Azərbaycanın dövlət siyasətinə dəstəyi” mövzusunda keçirilən videogörüşdə  “Karabakh is Azerbaijan!” platformasında birləşən diaspor könüllülərinin və  azərbaycanlı diaspor gənclərinin gördükləri iş müsbət qiymətləndirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin prezident İlham Əliyevin 2019-cu il 1 fevral tarixli Gənclər Gününə həsr olunmuş Respublika toplantısında söylədiyi “Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər” fikirlərinə əsaslanaraq “Azərbaycan Diaspor Könüllüləri” adlı proqrama start verib. Bu müddət ərzində diaspor könüllüləri:

– Diaspor Könüllülərinin Cocuq Mərcanlı kəndinə səfəri təşkil edilib. 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə reallaşan səfərdə məqsəd “Diaspor Könüllüləri” proqramının iştirakçılarını Aprel Qəhrəmanlarının şah əsəri olan “Böyük qayıdışın başlanğıc nöqtəsi” Cocuq Mərcanlı kəndi ilə tanış etmək olub;

– 9 noyabr Bayraq günündə Könüllülər müxtəlif aksiyalar təşkil edib. Xaricdə yaşayan gənclərlə bağlı videoçarx hazırlayıb və sosial şəbəkələrdə yayıb.  Diaspor Könüllüləri paytaxt Bakının Fəvvarələr Meydanında 9 noyabr 2019-cu ildə xarici vətəndaşlara və uşaqlara Dövlət Komitəsi adından Dövlət Bayrağını hədiyyə edib, üçrəngli bayrağımız və Dövlət Bayrağı Günü haqqında məlumatlar verib;
– XX əsrin bəşəri çinayətlər siyahısına düşmüş Xocalı soyqırımı ilə bağlı “Heydər Əliyev Fondu”nun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində ABŞ, Almaniya, Fransa, İtaliya, İsveç, Norveç, Macarıstan, Türkiyə, Rusiya da daxil olmaqla, 50-dən çox ölkənin 10 mindən artıq deputatının elektron ünvanına Xocalı soyqırımının beynəlxalq miqyasda tanınmasını və bu faciəyə ədalətli siyasi-hüquqi qiymət verilməsini tələb edən kütləvi müraciətlər göndərilib. Müraciətlərə “Xocalıya ədalət!” kampaniyasına dair petisiyanın mətni də əlavə olunub. Xocalı soyqırımı zamanı qətlə yetirilmiş uşaqlar haqqında videoçarx hazırlanıb.

– Diaspor könüllüləri, ölkəmizdə və xaricdə yaşayan vətənpərvər gənclərlə birlikdə facebook və twitter-də Dağlıq Qarabağ həqiqətləri, ermənilərin Qarabağda və ətraf ərazilərdə törətdikləri vəhşiliklər, hazırda cəbhədə baş verən təxribatlar haqqında, #KarabakhisAzerbaijan, #Karabakh, #StopArmenianAgression həştəqlərindən istifadə etməklə, 1000-lərlə foto, video və digər məlumatlar paylaşıblar. Ümumilikdə 100 minə yaxın paylaşım edilib. Gənclərimizin birlik, həmrəylik nümayiş etdirmələri nəticəsində 14–15 iyul tarixlərində twitter.com sosial şəbəkəsində qeyd edilən həştəqlər dünya trendinə düşüb;

– Diaspor Könüllülərinin təşəbbüsü ilə “Qarabağ Azərbaycandır!” (Karabakh İs Azerbaijan!) adlı YouTube kanalı yaradılıb və videotəqdimatı keçirilib;

– Diaspor Könüllülərinin, eləcə də ölkəmizdə və xaricdə yaşayan vətənpərvər gənclərimizin iştirakı ilə ABŞ konqresmenlərinin, xüsusilə ermənipərəst konqresmenlərin şəxsi sosial şəbəkə ünvanlarına, emaillərinə rus, fransız və ingilis dillərində 1000-lərlə məktublar ünvanlayaraq Azərbaycanla bağlı həqiqətləri təqdim edib və Konqresmenləri beynəlxalq hüquq və normalar mövqeyindən çıxış etməyə səsləyiblər.

 

Milli Plaforma peşəkarlığı ilə diaspora siyasətinin fəlsəfəsini irəliyə aparır

 

Qeyd edək ki, Karabakh is Azerbaijan! Milli Platforması Diaspor Könüllüləri tərəfindən yaradılıb və hal-hazırda platformanın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində o cümlədən, həm ölkə, həm də dünyada yaşayan azərbaycanlı gənclərin platformaya cəlb edilməsi üzərində ardıcıl işlər aparılır.

 

Azərbaycanlı gənclər #Karabakhis Azerbaijan həştəqini dünya trendi etdi

Qlobal pandemiya səbəbindən bütün münaqişə və müharibələrin dayandırıldığı bir dönəmdə Azərbaycanın dövlət sərhəddində işğalçı Ermənistanın xaincəsinə hərbi təxribatlar törətməsi və bununla bağlı sosial media şəbəkələrində dezinformasiyalar yayması Diaspor Könüllüləri və diaspor gəncləri tərəfindən hiddətlə qarşılanıb. Diaspor Könüllülərinin təşəbbüsü ilə “Karabakh is Azerbaijan!” platformasında birləşən azərbaycanlı diaspor gəncləri, xalqımızın gənclər qanadı və vətənsevər övladları sosial şəbəkələrdə, xüsusilə twitter´də ölkəmizin dövlət sərhəddində Ermənistan tərəfindən törədilmiş təxribatla bağlı həqiqəti əks etdirən informasiyalar paylaşıblar.

Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı

Qarabağda rəşadətli ordumuzun şücaəti, prezident Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə əldə olunmuş möhtəşəm qələbə münasibətilə biri-birilərini təbrik edib, yeni fəaliyyət mexanizmlərinin müzakirəsini keçiriblər. Bildirilib ki, qazanılmış qələbə bundan sonra diasporumuzun qarşısında Azərbaycanın milli maraq və mənafeyinin müdafiəsi üçün yeni vəzifələr qoyur. Diasporla İş üzrə Dövlət Komitəsinin məsul şəxsləri, eləcə də Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasını təmsil edən Seyran Mirzəzadə, Lalə Zeynalova, Rüstəm Rüstəmov, Renad Yüzbayov, Vaqif Həsənov, Əliağa Ağayev, Əliağa Hüseynli, Saleh Sabili, Hüseyn Salehov və digər görüş iştirakçıları qarşıya qoyulan hədəflər və fəaliyyət istiqamətləri barədə danışıblar. Qeyd olunub ki, istər müharibənin getdiyi günlərdə, istərsə də ondan əvvəlki dövrlərdə xaricdə yaşayan azərbaycanlılar beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında və erməni yalanlarının ifşa olunmasında yaxından iştirak edib, Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əvəzsiz rol oynayıblar. Otuza yaxın soydaşımızın iştirak etdiyi görüşdə Qarabağın zəngin mədəni-irsinin dünyada təbliği, bölgədə turizmin inkişafına töhfələr verilməsi, xarici ölkə KİV-lərinin daha geniş məlumatlandırılması ilə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib. Qeyd edək ki, Diasor Gəncləri Milli Platformasının fəaliyyəti faktiki olaraq beynəlxalq miqyasda milli diasporumuzun yeni siyasi-ictimai proseslərin önündə gedərək fəlsəfi mənada çox böyük addımlar atırlar. İnanırıq ki, dünyanın 60 ölkəsində çop qısa zaman kəsiyi içində bu uğurlara imza atması möhtəşəmdir. Necə ki, gənc əsgərlərimiz Qarabağösda döyüş meydanında 44 günə tarixin ən əzəmətli qələbəsini əldə etdi, elə həmin miqyasda da diaspor gənclərimiz bu uğurlara yeni uğur qatıblar.

“Hürriyyət”