Kanaldan naməlum kişi MEYİTİ TAPILDI

    33

    Bu gün Samur-Abşeron su kanalının Qusar rayon Kuzun-qışlaq kəndindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.
    Hurriyyet.org xəbər verir ki, DİN mətbuat xidmətinin Quba regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, meyitin üzərində heç bir sənəd aşkar olunmayıb.

    Həmin kişinin əlamətləri belədir: yaşı 45-55, boyu 175-180 sm, arıq bədən quruluşlu, yumru sifətli, qara saçlıdır.

    Tapılan zaman onun əynində cins şalvar və qısaqol köynək olub.

    Meyitin üzərində heç bir zorakılıq əlamətləri müəyyən edilməyib.