Kanadadan ABŞ-a SƏRT CAVAB – İki qat vergi tətbiq olunacaq

    27

    ABŞ Prezidenti Donald Trampın vergi siyasətinə qarşı Kanadadan sərt cavab gəlib. ABŞ-a 12.5 milyard dollarlıq gömrük vergisi tətbiq ediləcək.

    Hurriyyet.org xəbər verir ki, bu barədə Kanadanın Baş Naziri Castin Trüdo məlumat verib.

    Belə ki, Donald Trampın ABŞ-a idxal edilən polad məhsullarına 25, alüminium məhsullarına 10 faiz əlavə gömrük vergisi qərarına cavab olaraq, Kanada hökuməti aralarında qəhvə çəyirdəyi, çiyələk mürəbbəsi və digər şirniyyat məhsullarının da olduğu bir sıra məhsullar üçün ABŞ-a 12.5 milyard dollarlıq gömrük vergisi tətbiq etmək qərarı alıb: "ABŞ əlavə gömrük versigi tətbiq edirsə, bunu cavabsız qoyacağımızı düşünməyib yəqin. Biz də Amerikadan gətirilən məhsullara əlavə gömrük versgisi tətbiq edəcəyik. Kanadalılara həmrəylik göstərdikləri üçün təşəkkür edirəm. Bundan sonra Amerika istehsalı olan məhsulları alarkən iki dəfə düşünmələrini təklif edirəm. Hazırda 80-ə yaxın Amerika məhsuluna 10 faiz əlavə gömrük vergisi qoyulması ilə bağlı təlimat verilib"./publika.az/