Kanada Dağlıq Qarabağdakı separatçıları dəstəkləmədi

315

Hurriyyet.org xəbər verir ki, Kanada Senatı qondarma “Dağlıq Qarabağ”ın  müstəqil dövlət olaraq tanınması ilə bağlı təklifi rədd edib.

“Anadolu Agentliyi”nin verdiyi xəbərə görə, Kanada parlamentinin dünən axşam saatlarında keçirilən iclasında Quebec ştatından seçilən, Mühafizəkar partiyasından olan yunan əsilli Leo Housakosun təklifi Senatda səs çoxluğu ilə rədd edilib. O, öz təklifində Türkiyəyə hərbi məhsulların ixracının birdəfəlik qadağan edilməsini, Azərbaycan ilə Türkiyənin Ermənistanan qarşı davranışının pislənməsini və Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasını tələb edib. 53 senator təklifin əleyhinə, 16-sı lehinə səs verib, 5 nəfər senator isə bitərəf qalıb.