“Kamran Əliyevin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətlənidirilir” – PA-nın şöbə müdiri

24

“Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisə Kamran Əliyevin Baş prokuror vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ daxil olub”.

Hurriyyet.org xəbər verir ki, bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, K.Əliyevin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətlənidirilir:

“Ümid edirəm ki, Milli Məclis Prezidentin təqdimatını dəstəkləyəcək. Hesab edirəm ki, Kamran Əliyevin Baş prokuror vəzifəsinə təyin edilməsinə razılıq veriləcək”./report/