Kamil Zeynallı ölkəmizdəki ərəblərin BİABIRÇI GÖRÜNTÜLƏRİNİ yaydı: “Təbii ehtiyaclarını…”

    3

    Tanınmış idmançı Kamil Zeynallı sosial şəbəkə hesabında ölkəmizə turist kimi gələn ərəblərin biabırçı görüntülərini yayıb.

    Hurriyyet.org big.az-a istinadən xəbər verir ki, idmançının paylaşımında təbii ehtiyaclarını magistral yolun kənarında ödəyən ərəblərin fotosu yer alıb. Zeynallı paylaşımını belə şərh edib:

    "Bu fotonu tanış bir xanım mənə göndərib. Ərəblər İsmayıllı -Qəbələ yolunu ayaq yolu ediblər. Bu yolla hamının anası-bacısı keçib-gedir. Düz yolun qırağında maşınlarını saxlayıb təbii ehtiyaclarını ödəyirlər. Bunları bura gətirən turizm şirkətləri məlumatlandırmalıdır. Ayıbdır Vallah, bir tədbir görün. Yoldan keçən sürücülərimizi də qınamıram, düşüb nəsə desələr başları ağrıyacaq… "

    Kamil Zeynallı ölkəmizdəki ərəblərin BİABIRÇI GÖRÜNTÜLƏRİNİ yaydı: "Təbii ehtiyaclarını..."