Kamikadze dronlar Liviyada qiyamçıların kabusuna çevrildi

222

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Liviyada qanuni hökumətə verdiyi hərbi dəstəkdən sonra Tripolidəki müharibənin balansı tamamilə dəyişib. Xəlifə Həftərin qüvvələrinə müxtəlif cəbhələrdə zərbələr vurulur. Kəşfiyyat mənbələri Liviya ordusunun “kamikadze dronları”ndan istifadə elədiyini bildiriblər.

Türkiyə ilə Liviya arasında imzalanmış hərbi və təhlükəsizlik əməkdaşlığı müqaviləsi müharibə meydanında öz bəhrəsini verməkdədir.

Liviya ordusu şəhərin qərb bölgələrini Həftər qüvvələrindən təmizləyib, son iki həftə Tripolinin cənubunda və şərqində ciddi şəkildə irəliləyib. Sirtenin qərb girişinə çatmış Liviya ordusunun yeni hədəfi şəhəri tamamilə qiyamçılardan təmizləmək və ardından Cufra Hava Bazası üzərində nəzarəti əldə saxlamaqdır.

Kamikadze dronları göründü

Liviyadakı döyüşlərdə istifadə edilən kamikadze dronlarının xüsusilə Tripolinin cənubunda Həftər qüvvələri üzərində qələbə qazanılmasında böyük rolu olub.

Türkiyədə dərc edilən “Yeni Şafak” nəşrinin xəbərində müdafiə sənayesi sahəsi üzrə analitik Kadir Doğanın  Həftər ünsürləri tərəfindən “silahlı dron vurduq” deyə paylaşdığı fotonun əslində vəzifəsini icra etmiş kamikadze PUA-ya məxsus olduğunu diqqətə çatdırıb. “Qatlanan ayaq və qollar, dron rəngi, batareyanın yeri və digər əlamətlərə görə görüntü “Karqu”ya məxsusdur. “Karqu” kamikadze dronunun gövdə quruluşunda partlayıcının və kameranın yerləşdiyi ön hissə xüsusilə mühümdür. Bu dronlardan həm tək-tək, həm də dəstə halında istifadə eləmək mümkündür”.

Hurriyyet.org