Kaliforniya ştatında fövqəladə vəziyyət elan olundu

108

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında 2 həftəyə qədər müddət ərzində söndürülməsi mümkün olmayan meşə yanğını səbəbindən fövqəladə vəziyyət elan edilib.

Artıq ikinci həftədir ki, yanğını nəzarət altına almaq və söndürmək mümkün olmur. Kaliforniya rəhbərliyi qonşu ştatlardan yardım istəyib. Federal və yerli qüvvələr təhlükəli isti hava şəraitində yanğına qarşı mübarizəsini davam etdirir. Çox sayda bina yararsız vəziyyətə düşüb, 6 min ev təhdid altındadır. Nəzarət altına alınması və söndürülməsi çətin olan yanğının qonşu Nevada ştatının dağlıq bölgələrinə sıçradığı bildirilir. Qrass Villi və Nevada Siti bölgəsində 15 min nəfərə qədər insanın köçürülmə əmrinin verildiyi bildirilir.

Kaliforniya ştatında başlanmış yanğını söndürmək üçün 1500 nəfər yanğınsöndürən, 6 yanğınsöndürən təyyarə 12 vertolyot, 150-yə yaxın yanğınsöndürən maşın cəlb olunub.