Kainat gözəli qarnındakı piylərdən azad olmaq istədi, ayağı kəsildi – FOTOLAR

99

2011-ci ildə isə Kolumbiya gözəli, 2012-ci ildə isə Kainat gözəli seçilmiş model Daniella Alvarezin ayağı amputasiya edilib.

Hurriyyet.org musavat.com-a istinadən bildirir ki, model Daniella Alvarez qarnındakı piylərdən azad olmaq üçün əməliyyata girib. Lakin əməliyyat zamanı onun sol ayağında qanın fəaliyyəti ilə bağlı fəsadlar yaranıb və qanqrena baş verib. Həkimlər göyərmənin bütün bədənə yayılmasının qarşısını almaq üçün modelin ayağını amputasiya etmək məcburiyyətində qalıblar.
Eyni zamanda Birləşmiş Millətlər elçisi olan Alvarez bazar günü keçirdiyi əməliyyatdan sonra ailəsi və yaxın dostları ilə xəstəxana palatasında çəkdirdiyi fotoları sosial şəbəkədə paylaşıb.

Alvarez bədənini ən azı əvvəlki qədər çox sevdiyini bildirib və göz yaşları içərisində ona dəstək olan bütün xəstəxana işçilərinə təşəkkür edib.