Kadırov Qroznıdakı silahlı hücumla əlaqədar AÇIQLAMA VERDİ

342

Qroznının mərkəzində baş verən atışma nəticəsində iki terrorçu məhv edilib, bir nəfər polis əməkdaşı ölüb, daha bir nəfər hüquq-mühafizə orqanının əməkdaşı xəsarət alıb.

TASS agentliyi xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov öz “Teleqram” kanalında məlumat yayıb.

R.Kadırov bildirib ki, mülki əhali arasında itki və xəsarət alan yoxdur.
44 yaşlı siyasətçi həmçinin qeyd edib ki, asayiş keşikçilərinə hücüm edən silahlıların şəxsiyyəti müəyyənləşdirilib.

**18:36
Rusiya Federasiyasının Çeçenistan Respublikasının paytaxtı Qroznının mərkəzində baş verən atışma nəticəsində 3 nəfər ölüb.
Bu məlumatı “RİA Novosti” yayıb.

Hadisənin təfərrüatı məlum deyil. Ancaq belə atışmaları respublika üçün adi hal sayırlar.

İlkin məlumata görə, atışma asayiş keşikçiləri ilə naməlum şəxs arasında baş verib. İki hüquq-mühafizə əməkdaşı ölüb. Naməlum şəxs də zərərsizləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.