Kadırov onu tənqid edən bloqerin qətlindən yazdı

54

Çeçenistan lideri Ramzan Kadırov Vyanada çeçen bloqerin qətlində Rusiyaya qarşı fəaliyyət göstərən xarici xüsusi xidmət orqanlarının iştirak edə biləcəyini hesab edir.

Bu barədə Kadırov “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, fəaliyyətini yalançı vətənpərvərlik ideyası üzərində quran digər şəxslər həmişə Rusiya Federasiyasına və Çeçenistanın başçısına qarşı işləyən xarici xüsusi xidmət orqanlarının qurbanı olacaqlar.

“Bilirlər ki, Rusiyanın Qafqaz sərhədləri mənim və sadiq komandam tərəfindən qorunur. Bu, onların xoşuna gəlmir”, – deyə Kadırov yazıb.

O, Osmanlı İmperiyasında belə halların baş verdiyini xatırladıb.

Çeçenistan lideri əlavə edib ki, satılmış xəbərçilər öz işlərinə görə pul alırlar və sonra onları uydurma “həqiqətin” günahsız qurbanları kimi öldürürlər.

Xatırladaq ki, iyulun 5-də Vyanada çeçen mühacir Mamixan Umarov qətlə yetirilib. Hadisə ilə bağlı iki nəfər tutulub. Öldürülən bloqer dəfələrlə Kadırovu tənqid edib və ailəsinə qarşı təhqirlər səsləndirib./azvision.az/