Kadırov: “Makron özü terrorçuya bənzəməyə çalışır… üstüörtülü şəkildə cinayətə dəvət edir”

72

Hurriyyet.org xəbər verir ki, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Məhəmməd peyğəmbərin (s) təhqir edilməsini dəstəkləyən Fransa Prezidenti Emmanuel Makronu tənqid edib.

Bəlli olduğu kimi, Makron Fransanın belə karikaturaları dərc eləməsindən imtina eləməyəcəyini, dini separatizmlə mübarizəni gücləndirəcəklərini bildirib.

Kadırov “Teleqram” kanalındakı səhifəsində yazıb: “Bu açıqlamanı verərkən Makronun hansı vəziyyətdə olduğunu bilmirəm, lakin bu reaksiyanın nəticələri çox faciəvi ola bilər. İndi Fransa Prezidenti özü terrorçuya bənzəməyə başlayır. Təxribatları dəstəkləməklə o, üstüörtülü şəkildə müsəlmanları cinayət törətməyə çağırır”.

Kadırovun sözlərinə görə, Makron peyğəmbərin karikaturalarının insanları incitdiyini bildiyi halda, dünyanın təxminəm iki milyarda qədər müsəlman əhalisi üçün təhqir olan davranışı “söz azadlığı” adlandırır.

“O, əsl rəhbərlərin etməli olduğu kimi yanğını söndürmür, əksinə, öz sözləri ilə onu alovlanır, yanğına körüklə gedir”.

Kadırov insanların inamını məsxərəyə qoymaq və parodiya eləməyin Paris yaxınlığında müəllimin ölümünə səbəb olduğunu xatırladaraq, Makronu “nə qədər gec deyil, təxribatları və inanclara hücum eləməyi dayandırmağa” çağırıb.

Hurriyyet.org