Kəskin leykoz xəstəsi 6 yaşlı Abbasın yaşaması üçün tək şans – Valideynlərindən ürəkdağlayan MÜRACİƏT

201
Cəlilabad rayon sakini Cavid Qurbanovun 6 yaşlı oğlu Abbasa 2018-ci ilin aprel ayından kəskin leykoz qan xərçəngi diaqnozu qoyulub. Həmin vaxtdan ailənin yeganə məqsədi övladlarının müalicəsi olub.
Medicina.az xəbər verir ki, Milli Onkologiya mərkəzinin Uşaq onkoloji şöbəsində 2 iıdən artıq müalicə alan Abbasa ailə və qohumlar imkanlarından da artıq dəstək olublar.
Kəskin leykoz D Blass kimi ağır formadan əziyyət çəkən Abbasın müalicələri artıq müsbət nəticə vermir. Onun xilası üçün yeganə yol təcili sümük iliyi köçürülməsi əməliyyatıdır.
Bunu istər burdakı, istər Türkiyədəki həkimlər bildirib.
 
Bu əməliyyat isə ailənin maddi gücü xaricindədir. Amma övladının bir əməliyyata görə gözü önündə həyatdan getməsini istəməyən ata, ana vətəndaşlardan, imkanlı şəxslərdən yardım istəmək qərarına gəlib.
“Abbasın sümük iliyi əməliyyatı üçün 120 min manatdan çox vəsait lazımdır. Buna bizim imkanımız yoxdur. Amma bu əməliyyatla övladım yaşaya bilər. Xahiş edirəm, Abbasın sağlam həyata qayıtması üçün xalqımız dəstək göstərsin.
Bununla bağlı Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyevaya da müraciət etmişik. Heydər Əliyev fondundan da cavab, dəstək istəyir və gözləyirik. Övladımın dövlətimizin hesabına əməliyyat olunmasını çox istəyirik.
İmkanlı şəxslərdən Abbasın yaşaması üçün bir ata kimi yardım xahiş edirik. Əgər bu məbləğ toplansa, biz özümüz övladımızı dərhal əməliyyat etdirərək”.
Abbasın xəstəliyini təsdiq edən sənədlər və açılmış hesabları təqdim edirik.