“Jurnalistlərin binası”nda mənzilin məhəccəri avtomobilin üzərinə düşdü – FOTO

66

Bu gün Bakının Səbail rayonunda yerləşən “Jurnalistlərin binası”nda mənzilin məhəccəri avtomobilin üzərinə düşüb.

Xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Hadisəyə görə sosial şəbəkədə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq İcraçı direktoru Vüqar Səfərlini günahlandırıblar. Bildirilib ki, binanın tikintisinə ayrılan vəsait “yeyildiyi” üçün xoşagəlməz hal baş verib.

Qeyd: Fotonu jurnalist Könül Aypara paylaşıb. \\Pravda