Jurnalistlər hər gün KORONAVİRUS TESTİNDƏN KEÇƏCƏK

177

Ağ Ev yeni növ koronavirus (Covid-19) infeksiyası səbəbi ilə əraziyə daxil olan bütün jurnalistlərə hər gün virus testi aparılacağını açıqlayıb.

Prezident Donald Tramp və prezident köməkçisi Mayk Penceyə yaxın olan adamlarda Covid-19 təsbit edilməsindən sonra bu qərara gəlinib.

İnfeksiyanın ilk dönəmlərində jurnalistlərin sayını məhdudlaşdıran Ağ Ev bu gün verdiyi qərarla əraziyə gələn bütün jurnalistlərin testdən keçiriləcəyini bəyan edib.

Ağ Ev sözçüsünün müavini Cudd Diri açıqlamasında “Ağ Evin ərazisindəki hər kəsin sağlamlığı üçün buraya gələn jurnalistləri günlük olaraq test etməyi düşünürük” ifadəsini işlədib. / Trend.az