Jurnalisti saxlayan və bunun Vilayət Eyvazovun göstərişi olduğunu deyən 24-cü polis bölməsinin rəisi vəzifədən azad edildi – NAZİR TƏRƏFİNDƏN

50

Daxili işlər orqanlarında yeni təyinat olub.

Hurriyyet.org-un məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, 24-cü Polis Bölməsinin rəisi Cövdət Məmmədov tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə o, 6-cı Polis Şöbəsinə rəis təyin edilib.

Qeyd edək ki, bu gün Hurriyyet.org-da Ovqat.com-un baş redaktoru Heydər Oğuzun Nizami rayonu, 24-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılması barədə informasiya yayımlanıb.

YƏHYA