Jurnalist iki xalq şairi ilə bağlı TƏKLİF İRƏLİ SÜRDÜ

54

Jurnalist Nəzirməmməd Quliyev maraqlı təkliflə çıxış edib.  N.Quliyev iki xalq şairinin doğulub boya-başa çatdığı kəndi muzeyə çevirməyi təklif edib:

“Xalq şairlərinin doğulub boya-başa çatdığı, şöhrətləndirdiyi Musa Yaqubun Buynuz və Məmməd Arazın Nursu kəndləri… Bu kəndləri böyük şairlərimizin həyatını əks etdirən muzeyə çevirmək və elə muzey kimi də qorumaq gərəkdir. Tolstoyun “Yasnaya Polyana”sı kimi. Bu barədə bir dəfə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovla da müzakirə açmışdıq. Qorxmaz İbrahimli, bu barədə düşünməyə və məsələni qaldırmağa dəyər!”,-deyə jurnalist bildirib. \\Modern.az