Bakıda “Yuventus“ un məktəbi açıldı

    9

    “JuAzerbaijan“ın baş meneceri Anar Məmmədov “Yuventus“un uşaq düşərgəsinin Bakı Olimpiya Stadionunda açılacağını söyləyib. Onun sözlərinə görə, ilk düşərgə 6 – 12 iyunda, ikincisi isə 13 – 19 iyunda açılacaq. Hər bir düşərgəyə 90 uşaq qəbul olunacaq. Məşqlər “Yuventus“da müxtəlif yaş qruplarında, o cümlədən əsas komandada təcrübəyə malik 3 mütəxəssisin rəhbərliyi altında keçiriləcək. İşə 3 azərbaycanlı mütəxəssis və tərcüməçi də cəlb olunacaq: “Yuventus“un məşqləri çox fərqlidir. Məşqçilərdə uşaqlara fərdi yanaşma var. Bu metodika sayəsində uşaq bir həftəlik dərsdən sonra futbola yeni baxışla yanaşır. Əsas məqsədimiz uşaq futbolunu inkişaf etdirmək və “Yuventus“un tanınmasında rol oynamaqdır. Düşərgəyə həm peşəkar, həm də adi futbolsevər uşaq cəlb oluna bilər. Məşqlər 09:00 – 18:00-da keçiriləcək. Bu müddətdə ikisaatlıq fasilə veriləcək. Stadionda hər ehtimala qarşı təcili tibbi yardım olacaq. Dərslərin sonunda sertifikatlar veriləcək. Təhsil haqqı 250 avro olacaq“.